“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə uyğun olaraq gələcəkdə “YAŞAT kart” layihəsinin həyata keçirilməsi haqqında düşünürük.
×
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə uyğun olaraq gələcəkdə “YAŞAT kart” layihəsinin həyata keçirilməsi haqqında düşünürük.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 8-də keçirilən brifinqdə deyib.
“Hər bir şəhid ailəsinə, müharibədə yaralananlara veriləcək o kartda marketlər, ictimai nəqliyyat vasitələri, əyləncə mərkəzləri, otellərdə xüsusi güzəştli paketlər olacaq. “YAŞAT kart” həmin yerlərdə ailənin statusunu müəyyən edəcək kart olacaq”, - deyə Ü.Mehdiyev bildirib.