Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ulu Öndərə həsr olunmuş elmi sessiya: “Əbədi ömrün ilk əsri”

ID:

12.12.2023 17:00 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlqar Cəfərov

Dekabrın 12-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi ömrün ilk əsri” adlı elmi sessiya keçirilib

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov Azərbaycanın tarix boyu görkəmli şəxsiyyətlər, dövlət xadimləri yetişdirdiyini söyləyib, bu insanların hər birinin dövlətçilik tariximizdə özünəməxsus yeri və rolu olduğunu qeyd edib.