Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatları pisləyən aksiya keçirilib.
×
Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatları pisləyən aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna vətəndaşları Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısına gələrək Azərbaycana dəstək aksiyası keçiriblər.
Aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar pislənilib.
“Qarabağ Azərbaycandır!”, “Düşmənə ölüm!” kimi şüarlar səsləndirən aksiyaçılar Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. Onlar Ermənistanı təcavüzə və təxribatçı əməllərə son qoymağa çağırıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev