Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ukraynada məkrli erməni siyasəti növbəti dəfə iflasa uğrayıb

ID:

17.08.2020 16:20 / SİYASƏT

Ukraynada məkrli erməni siyasəti növbəti dəfə iflasa uğrayıb. Ukrayna Dövlət Təhqiqat Bürosu ölkədə qondarma “erməni soyqırımı”nın tanınmaması barədə göndərdiyi məktub əsasında Xarici İşlər nazirinin müavini, GUAM yanında Milli Əlaqələndiricisi Vasili Bodnara qarşı açdığı cinayət işinə xitam verib.