UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) – “Linkoln” (Cəbəllütariq) matçının birinci hissəsi başa çatıb.
×
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) – “Linkoln” (Cəbəllütariq) matçının birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda hesabı “Qarabağ” açıb. Matçın 7-ci dəqiqəsində Abdullah Zubir fərqlənib. Birinci hissəyə əlavə olunmuş vaxtda Azərbaycan çempionu yenidən rəqib qapısına yol tapıb. Bu dəfə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb.
Beləliklə, Ağdam təmsilçisi fasiləyə üstün yollanıb – 2:0.
Oyunu albaniyalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Eldorjan Hamitidir. Ona Ridiger Çokaj və Ani Koçiaj kömək edirlər. Dördüncü hakim funksiyasını Kreşnik Cjapi yerinə yetirir.
Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.