Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edir.
×
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edir.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.
"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov yer alıblar.
Fransa təmsilçisinin heyətində isə meydana Alban Lyafon, Fabio, Nikolya Pallua, Samüel Mutussami, Lüdovik Blas, İqnatius Qanaqo, Mussa Sissoko, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Moyzes Simon və Mustafa Məhəmməd çıxıblar.
G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu “Frayburq”u (Almaniya) qəbul edir.
Qeyd edək ki, “Nant” ilk turda “Olimpiakos”u məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub