UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində avqustun 27-də keçiriləcək “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) oyunu üçün komandaların start heyətləri müəyyənləşib.
×
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində avqustun 27-də keçiriləcək “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) oyunu üçün komandaların start heyətləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Sumqayıt” klubunun heyətində ilk “onbirlik”də meydana Mehdi Cənnətov, Vurğun Hüseynov, Cəmaləddin Xocaniyazov, Vüqar Mustafayev, Tellur Mütəllimov, Əli Qurbani, Rəhim Sadıxov, Elvin Bədəlov, Süleyman Əhmədov, Elvin Məmmədov və Xəyal Nəcəfov çıxacaqlar.
“Şkendiya”nın start heyətində isə Kostadin Zahov, Antonio Paviç, Eqzon Beytulai, Besart İbraimi, Ennur Totre, Valon Ahmedi, Lyupçe Doriyev, Mevlan Murati, Bruno Dita, Yan Krivak və Omar İmeri yer alıblar.
“Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.