Aprelin 9-da üçüncü “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə onlayn mərhələsinə sınaq imtahanı ilə start verilir.
×
Aprelin 9-da üçüncü “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə onlayn mərhələsinə sınaq imtahanı ilə start verilir.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sınaq imtahanının keçirilməsində məqsəd iştirakçılara imtahan sistemi və sual nümunələri ilə tanışlıq imkanı yaratmaqdır: “İştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00-da başlayacaq və 2 saat davam edəcək. İmtahan Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılır. Hər blok üzrə 25 dəqiqə, ümumilikdə isə imtahan üçün 2 saat vaxt ayrılır. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış 1820 Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt iştirakçıların texniki problemlərinə dəstək olmaq məqsədilə imtahan günü gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".