Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi iyunun 10-11-də keçiriləcək

ID:

17.05.2023 16:30 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Mehriban Kərimova

İyunun 10-11-də üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunun gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.