Belə döyüş hadisələrini yaşayan biri kimi qardaşlarımıza yardım etmək üçün Azərbaycana gəlmişik. Bu layihənin nəticələrinin uğurlu olması üçün əlimizdən gələni edirik.
×
Belə döyüş hadisələrini yaşayan biri kimi qardaşlarımıza yardım etmək üçün Azərbaycana gəlmişik. Bu layihənin nəticələrinin uğurlu olması üçün əlimizdən gələni edirik. İnşallah, hər kəsi - təşkilatçıları, vasitəçiləri məmnun edəcək nəticə hasil olacaq. Burada müxtəlif üsullarla mənəvi-psixoloji problemlər olan insanların reabilitasiya məsələləri ilə məşğul oluruq.
AZƏRTAC xəbər verir ki, bu barədə Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gələn Türkiyədə müharibə qazisi olan, bioenerji mütəxəssisi Semih Medeni jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, psixoloji problemlərlə bağlı insanlar əsasən yuxusuzluq, depressiya, xroniki yorğunluq, qorxu ilə bağlı şikayətlərlə müraciət edir və gələcəklə bağlı narahatlıq keçirirlər. Çünki insanlar həyatda yaşamağa davam edirlər və bu müddətdə sadalanan problemlərlə mübarizə aparırlar. Bu baxımdan burada göstərilən psixoloji dəstək vacibdir.
Bursadan gəldiyini bildirən türkiyəli psixoloq-mütəxəssis Zeynəb Çengiz Vətən müharibəsində Azərbaycanın Qələbə qazanması münasibətilə xalqımızı və Prezident İlham Əliyevi təbrik edib. O, qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən və Zəfər qazanmasından son dərəcə məmnunuq. Müharibədən sonra müəyyən mənəvi-psixoloji problemləri yaşayan vətəndaşların psixoterapevtik müalicəsini təşkil etmək üçün könüllü olaraq Bakıya gəlmişik. Hər gün bir neçə nəfər qəbul edirəm. Psixoloji problemlərlə bağlı müraciət edənlərdəki xəstəliyin əlamətləri əsasən yuxusuzluq, depressiya, təşvişlə bağlıdır və gələcəklə bağlı narahatlıqlardır. Bu psixoloji reabilitasiya prosedurlarından sonra isə insanlar özlərini daha yaxşı və xoşbəxt hiss edirlər.