Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən Azərbaycana gələn psixoloqlar tərəfindən iki ilə yaxın müddətdə 2200-dən çox qaziyə və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib.
×
Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən Azərbaycana gələn psixoloqlar tərəfindən iki ilə yaxın müddətdə 2200-dən çox qaziyə və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib.
AZERTAC xəbər verir ki, bunu Türkiyədən gəlmiş iyirmi nəfərlik psixoloq heyətinin rəhbəri Selçuk Demirtaş deyib.
Göstərilən psixoloji yardımların olduqca yaxşı nəticələr verdiyini bildirən Selçuk Demirtaş qeyd edib ki, Vətən müharibəsindən sonra 2021-ci ilin yanvarında iyirmi beş nəfərlik heyətlə Bakıya gəlib. Bu müddətdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Qəbələdə qazilər və şəhid ailəsi üzvlərinə psixoloji terapiya aparıb: “Pasientlərdə müharibə vaxtı aldıqları travmalarla bağlı müxtəlif növ simptomlar müşahidə olunurdu. Simptomların çoxunu isə yuxusuzluq, baş ağrıları, aqressivlik, özünə və yaxınlarına zərərvermə davranışları təşkil edir. Birinci müayinədən sonra yoxlanışa gələn pasientlərdə xəstəliyin simptomlarının azaldığını müşahidə etdik. Bir-iki seans psixoloji yardımdan sonra pasientlərdə yuxusuzluğun aradan qalxdığını, baş ağrıların keçdiyini gördük