Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türkiyədən gələn klinik psixoloqlar Gəncə və Bərdə şəhərlərində də fəaliyyətə başlayacaqlar

ID:

18.02.2021 16:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Rəşad Mehdiyev

Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərdən ibarət qrup fəaliyyətini uğurla davam etdirir.