Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma

ID:

26.10.2021 13:30 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.