Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2021-ci ildə 5 milyard ABŞ dollarına çatıb.
×
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2021-ci ildə 5 milyard ABŞ dollarına çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, təşkilata üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı təqribən 15 faiz təşkil edir. Bu ölkələr 1995-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın investisiya yatırıb. Azərbaycan isə müvafiq ölkələrin iqtisadiyyatlarına 20,8 milyard dollar sərmayə yönəldib. Azərbaycanda siyasi-iqtisadi sabitliyin mövcudluğu, ölkəmizin əlverişli coğrafi mövqeyi, böyük tranzit potensialı, yenilənmiş infrastrukturu, habelə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr xarici investisiyaların birbaşa cəlbi üçün əsas faktorlardır