Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tokio Olimpiadasında uğurla çıxış edən Azərbaycan karateçiləri Vətənə qayıdıblar

ID:

09.08.2021 12:30 / İDMAN

Foto : AZƏRTAC / Roman İsmayılov

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan karateçiləri avqustun 9-da Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunları tarixində ilk dəfə Tokio Olimpiadasında keçirilən karate yarışlarında uğurla iştirak edən idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.