Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov: Azərbaycan ordusunda COVID-19-a görə epidemioloji vəziyyət stabil və qənaətbəxşdir

ID:

16.02.2021 15:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrasının təmin edilməsi barədə əmr imzalayıb, Azərbaycan ordusunda COVID-19 xəstəliyi əleyhinə könüllülük prinsipi əsasında peyvəndləmə işlərinə başlanılıb.