Azərbaycanla həmsərhəd olan ölkələrdə yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamı qeydə alınıb və yayılmaqda davam edir.
×
Azərbaycanla həmsərhəd olan ölkələrdə yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamı qeydə alınıb və yayılmaqda davam edir. Ona görə də "omikron" ştamının Azərbaycana gəlməsi və yayılması zamana bağlı olan məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Nazirin birinci müavini bildirib ki, yeni ştam ölkədə qeydə alınarsa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq.
T.Musayev, həmçinin vaksinasiyaya aktiv qoşulan vətəndaşlara təşəkkür edib.