Gimnastımız Zöhrə Ağamirova paytaxtımızda keçirilən dünya kuboku yarışlarında halqa ilə proqramını icra edib.
AZƏRTAC xəbər verir ki, gimnastımızın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 31,650 xalla qiymətləndirilib.
×

Hazırda idmançımız təsnifat mərhələsində ikinci pillədə qərarlaşıb.
Təsnifat mərhələsinə Azərbaycanın digər gimnastı Arzu Cəlilova liderlik edir – 32,050 xal.
Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.
Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.