Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Təmir işlərinin aparıldığı yolda ölümlə nəticələnən hadisə törədən sürücü tutularaq istintaqa cəlb edilib

ID:

23.06.2020 10:50 / CƏMİYYƏT

Foto Azertac

Prokurorluq paytaxtın Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nərimanov Rayon Prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, iyunun 23-də saat 01 radələrində Nərimanov rayonunda Heydər Əliyev prospektində qəza xidməti ilə əlaqədar aparılan təmir işləri zamanı rayonun Su-Kanal İdarəsinin qəza-bərpa xidmətinin sahə rəisi 1967-ci il təvəllüdlü Əlqamət Zeynalov avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən ölüb.