Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Təhsillə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

ID:

23.12.2022 19:05 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / İlqar Cəfərov

Dekabrın 23-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəliyə iki məsələnin - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edildiyini bildirib.