Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Elsevier” şirkəti arasında müqavilə imzalanıb

ID:

14.06.2023 17:20 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Mehriban Kərimova

İyunun 14-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Elsevier” şirkəti arasında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, müqavilə sayəsində ilk dəfə Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış imkanı təmin ediləcək.