“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı əhatə edən xarici ali təhsil müəssisələrinin siyahısı martın sonunda hazır olacaq.
×

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, siyahı tərtib olunarkən yüksək reytinqli ali təhsil müəssisələrinə üstünlük veriləcək. Lakin ola bilər ki, ali təhsil müəssisəsinin reytinqi o qədər də yüksək deyil, ancaq bizim proqrama uyğun istiqamətlər burada yaxşı tədris olunur. Siyahı hazırlanarkən bu məqamlar da nəzərə alınacaq.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilib.