Qızların təhsili çox vacib amildir. Bu, gələcəyin analarının təhsili deməkdir. Bu mənada sevindirici haldır ki, demək olar, bütün fənlərdə qızlar oğlanlardan daha yüksək nəticə göstərir.
×
Qızların təhsili çox vacib amildir. Bu, gələcəyin analarının təhsili deməkdir. Bu mənada sevindirici haldır ki, demək olar, bütün fənlərdə qızlar oğlanlardan daha yüksək nəticə göstərir. Lakin riyaziyyat fənnində ənənəvi olaraq oğlanlar yuxarı nəticə göstərir. Lakin bu il, demək olar, eynidir.
AZƏRTAC xəbər verir ki, bunu “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimat mərasimində təhsil naziri Emin Əmrullayev söyləyib.
Jurnalın bu nömrəsində 2021-ci il üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları dərc edilib.