Sentyabrın 9-da Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
×
Sentyabrın 9-da Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə mərkəzin direktoru Nurlan İsmayılbəyli İnsan Resursları Mərkəzinin son 5 ildə həyata keçirdiyi layihələr üzrə hesabatı təqdim edib.
Qeyd edək ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edəcək.
Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə İnsan Resursları Mərkəzinin əməkdaşları, müsabiqələrin təşkilində dəstək olan “Məktəblinin dostu” layihəsinin nümayəndələri və “Bir” Tələbə Könüllü İctimai Birliyinin könüllüləri təltif olunacaq.
Mərasimdə təhsilverənlərin sertifikatlaşdırma prosesində və müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən, ucqar kənd məktəblərində çalışan, müsabiqələr üzrə uğur qazanan şəhid ailəsi üzvləri, media nümayəndələri və digər qonaqlar iştirak edirlər