“Zəfər” mənim üçün yenilənmək deməkdir. Mən toxuduğum xalçanın dizaynını bu ideyaya əsəsən verdim.
×
“Zəfər” mənim üçün yenilənmək deməkdir. Mən toxuduğum xalçanın dizaynını bu ideyaya əsəsən verdim.
Bu sözləri “Azərxalça”nın zəfər kolleksiyasının təqdimatı zamanı “Dönüş” xalçasının müəllifi Təhminə Məmmədova AZƏRTAC-a verdiyi müsahibəsində deyib.
“Ana haşiyədə alovu buta şəklində stilizə etmişəm. Alovun içində olan ornament döyüşçülərdir. Eyni zamanda, alov təmizlənmə mərhələsinin işarəsidir. Ara sahədə müharibədən sonra olan həyat artiq dirçəlir, yağan yağış torpağı təmizləyir və təbiəti qidalandırır. Günəbaxan günəşin və məhsuldarlığın simvoludur, yəni torpaqlarımız bizə qayıtdıqdan sonra təbiətimiz dirçəlib. Buludu spiral şəklində stilizə etmişəm ki, bu da inkişaf və hərəkatın simvoludur. Ağacı isə xilaskar və təbii fəlakətlərdən qoruyucu kimi simvollaşdırmışam. Ümumiyyətlə, Azərbaycan xalçaları qədim rəmzlərlə zəngin olduğu üçün mən toxuduğum xalçanı müasir simvollarla zənginləşdirmişə”-, deyə Təhminə Məmmədova bildirib