Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tanınmış şairə Nigar Həsənzadə “Mənim Tanrım” poeziya axşamını təqdim edib

ID:

31.05.2025 20:30 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

İçərişəhərdəki Şirvanşahlar Sarayında tanınmış şairə, məşhur “Söz” və “İgidlərin sözü” layihələrinin yaradıcısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dünyanın ən böyük poeziya hərəkatlarından biri olan WPM-in (World Poetry Movement) üzvü, Ümumdünya poetik hərəkat olan POP (Peace of the Planet) təsisçilərindən biri Nigar Həsənzadənin “Mənim Tanrım” poeziya axşamı keçirilib.