Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında oğlanlar arasında tamblinq üzrə finalçılar müəyyənləşib.
×
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında oğlanlar arasında tamblinq üzrə finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 13-14 yaş kateqoriyasında təsnifat mərhələsində uğurla çıxış edən britaniyalı Beyli Forbs, Tristan Sinqeli, Sebastyan Bandeyra Frayr, Freddi Liqqins, ABŞ idmançısı Haver Harper, ukraynalı Yevgeni Tarasenko, Rusiya təmsilçiləri Aleksandr Şerbakov və Matvey Belov həlledici mərhələyə adlayıblar.
Azərbaycan təmsilçisi Aleksey Karataşov təsnifat mərhələsində 15-ci olub və finala vəsiqə qazana bilməyib.
Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.