Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib

ID:

25.09.2026 04:35 / SİYASƏT

Fotoqraf- Orxan Kərimov

Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.