Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şuşa şəhəri ilə tanışlıq könüllü təşkilatlarının nümayəndələrində unudulmaz təəssürat yaradıb

ID:

13.09.2021 18:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Sentyabrın 13-də Azərbaycanın aparıcı könüllü təşkilatlarının nümayəndələrinin Şuşaya səfəri olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən reallaşdırılan səfərdə 20-dək könüllü təşkilatının 50-dən çox nümayəndəsi iştirak edib.