Sosial sahibkarlıq gənclərin məşğulluğuna, əlilliyi olan şəxslərin, habelə qadınların və aztəminatlı qrupların həyatının yaxşılaşdırılmasına xidmət göstərir.
×
Sosial sahibkarlıq gənclərin məşğulluğuna, əlilliyi olan şəxslərin, habelə qadınların və aztəminatlı qrupların həyatının yaxşılaşdırılmasına xidmət göstərir. Düşünürəm ki, Azərbaycanda sosial sahibkarlar və sahibkarlıq subyektləri cəmiyyətin inkişafında daha fəal rol oynayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin İnkişaf Proqramının müvəqqəti işlər vəkili Suhrob Hocimatov jurnalistlərə açıqlamasında söyləyib.
“Hazırda Azərbaycanda sosial sahibkarlıq istiqamətində ilk addımlar atılmaqdadır. Bu sahədə sahibkarların üzləşdikləri bir sıra çətinliklər var. Bu çətinliklər qanunvericilikdə sosial sahibkarlıq haqqında təhrifin olmaması, sosial sahibkarlıq subyektlərinin vergiyə cəlb edilməsi prosesi və ən əsası, hələ ki, cəmiyyətdə sosial sahibkarlıq haqqında təfəkkürün formalaşmamasıdır. Cəmiyyət sosial sahibkarlığı kifayət qədər vacib sahibkarlıq növü kimi qəbul etməlidir. Azərbaycanda sosial sahibkarlıq ekosisteminin inkişafında cəmiyyətin bu məsələyə münasibəti böyük rol oynayacaq”, - deyə Suhrob Hocimatov qeyd edib.