Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi sosioloji sorğu və tədqiqat layihəsinin nəticələri açıqlanıb.
×
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi sosioloji sorğu və tədqiqat layihəsinin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirlər.
Tədbir Azərbaycanda ailə münasibətlərinə dair videoçarxın nümayiş olunması ilə başlayıb.
Sonra Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu nəticələri təqdim olunub.
Qeyd edək ki, sorğu son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin, eləcə də dövlət ailə siyasətinin sistemli təqdim edilməsi aspektində demək olar ilk dəfə aparılıb.