Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Səyyar briqadalar vasitəsilə 25 mindən çox vətəndaşa peyvəndin 1-ci dozası, 5 mindən çox vətəndaşa isə 2-ci dozası vurulub

ID:

20.05.2021 15:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

COVID-19 xəstəliyi əleyhinə mübarizə istiqamətində insanların peyvənd edilməsi prosesi ölkəmizdə uğurla davam edir. Aprelin 2-dən başlayaraq tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə TƏBİB tərəfindən səyyar briqadalar təşkil olunub.