Aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi dünyanın 100-dən çox ölkəsində qeyd edilir. Əllidən çox konvensiyaya qoşulan Azərbaycan iş şəraitinin yaxşılaşdırılması, əməyin təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirir.
×

AZƏRTAC xəbər verir ki, bunu aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" mövzusunda respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Dünyada hər il 160 milyon insanın istehsalatda zədə aldığını diqqətə çatdıran AHİK sədri bildirib ki, əməyin mühafizəsi ilə bağlı təşkil olunan tədbirlərdə əsas məqsəd baş verə biləcək faciəli hadisələrin sayını minimuma endirməkdir. Onun sözlərinə görə, işçilərin təhlükəsizliyinin və pozitiv sağlam həyat mədəniyyətinin təmin edilməsi əsas vəzifələrdəndir.
Qeyd olunub ki, bu il 507 nəfərin iş şəraiti yaxşılaşdırılıb, 150-dən çox mübahisəli məsələ öz həllini tapıb.
Səttar Möhbalıyev müsabiqədə 1960 təşkilatın iştirak etdiyini diqqətə çatdırıb. O, belə tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib.