Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Səbail rayonunda yaşayış binasında yanğın baş verib

ID:

21.12.2020 10:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Paytaxtın Səbail rayonunda yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.