Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şahmar Mövsümov: Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib

ID:

16.01.2021 11:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz müsbət nəticələrini verməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.