Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Sabirabadda taxıl zəmilərindən 103 min tondan çox məhsul yığılıb

ID:

02.07.2020 10:30 / REGİONLAR

Foto Azertac

Sabirabadın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 25 min 148 hektar sahədə taxıl əkilib ki, bunun da 10 min 386 hektarı arpa, 14 min 762 hektarını isə buğda sahəsi təşkil edib.