Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Sabah bəzi yerlərdə yağış yağacaq

ID:

26.08.2020 14:00 / CƏMİYYƏT

Ölkə ərazisində avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.