Azərbaycanda iyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
×
Azərbaycanda iyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 29-34° isti, Bakıda gecə 22-25°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacaq.
İyulun 24-də Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-34° isti, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacağı ehtimal edilir.