Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın azərbaycanlı icmasının nümayəndəsi, “Kiyevskaya ploşşad” MMC-nin Direktorlar Şurasının sədri Qod Nisanovla görüşüb.
×
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın azərbaycanlı icmasının nümayəndəsi, “Kiyevskaya ploşşad” MMC-nin Direktorlar Şurasının sədri Qod Nisanovla görüşüb.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in başçısı Azərbaycan icmasının nümayəndəsi Q.Nisanovla söhbətində bundan əvvəl “Rusiya erməniləri ittifaqı” Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan ilə də görüşdüyünü qeyd edib.
Görüşlərdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Rusiya Federasiyasının ərazisində millətlərarası sülhün və həmrəyliyin dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva