Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rusiyada qalan daha 400 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib

ID:

02.09.2020 11:15 / REGİONLAR

Rusiyanın Dağıstan Respublikası ərazisində qalan daha 400 nəfər Azərbaycan vətəndaşının ölkəmizə qayıtması təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Samur" sərhəd-keçid məntəqəsindən avtobuslarla ölkəmizə gətirilən soydaşlarımız Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib, müvafiq tibbi yoxlamadan keçirilib.