44 günlük müharibə yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında gedirdi. Azərbaycan Rus İcmasının üzvləri Prezident İlham Əliyevin fikirlərinə, çıxışlarına və müsahibələrinə istinad edərək, respublika rəhbərliyinin mövqeyini kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə aydınlaşdırır, Azərbaycanın düşmənlərinin iftiralarını, yalan və uydurmalarını təkzib edirdilər.
×

Azərbaycanın müxtəlif millətlərdən olan vətəndaşları, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində və ya könüllü şəkildə cəbhəyə yola düşmüş ruslar vahid “dəmir yumruq” kimi birləşib düşməni darmadağın etməyə çalışırdılar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bu fikirləri İcmanın Respublika Şurasının iclasında səsləndirib.
M.Zabelinin sözlərinə görə, cəbhədə ağır döyüşlər gedən günlərdə deputat özü, həmçinin İcmanın sədrinin birinci müavini Yuri Zenin və sədrin müavini Anastasiya Lavrina Azərbaycanın və Rusiyanın müxtəlif telekanallarında, KİV-lərdə və yerli qəzetlərin səhifələrində dəfələrlə çıxış edib, Ermənistanın beynəlxalq hüquqa riayət edilməsi məsələlərində dağıdıcı mövqeyini, mülki obyektləri və dinc əhalini raket atəşlərinə tutmasını qətiyyətlə pisləyiblər.