Ötən il AFFA-nın hesabat konfransı pandemiya səbəbindən onlayn təşkil olunmuşdu. Sevindirici haldır ki, bu gün yenidən bir yerdəyik.
×
Ötən il AFFA-nın hesabat konfransı pandemiya səbəbindən onlayn təşkil olunmuşdu. Sevindirici haldır ki, bu gün yenidən bir yerdəyik.
AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun fevralın 2-də təşkil olunan hesabat konfransında deyib.
Ötən ilin Azərbaycan futbolunda mühüm hadisələrlə yadda qaldığını bildirən R.Abdullayev deyib: "Ötən il Bakı "Avro-2020"nin 4 oyununa yüksək səviyyədə ev sahibliyi etdi. Bu mötəbər turnirin oyunlarının yüksək səviyyədə təşkili üçün futbol ictimaiyyəti və azarkeşləri adından ölkə başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk. Azərbaycan Prezidenti İlham Əliyev həmişə ölkədə idmanın inkişafına böyük diqqət və qayğı ilə yanaşır".
Konfransda qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov, maliyyə və mühasibatlıq departamentinin rəisi Xalid Cavadov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, müstəqil auditor Elnur Kazımov, "Avro-2020"nin irsi" mövzusunda Kamran Vəliyev, "Futbolun İnkişafı Fondu" ilə bağlı təqdimatla Tural Piriyev, VAR sistemi ilə bağlı Fritz Stuçlik, UEFA-nın nümayəndəsi Jozef Kliment və FIFA-nın əməkdaşı Nodar Axalkatsinin çıxışı nəzərdə tutulub.
Sonda könüllülərə sertifikatlar təqdim olunacaq.