Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatının və birinciliyinin açılış mərasimi keçirilib

ID:

21.01.2022 17:50 / İDMAN

Foto : AZƏRTAC / Tofiq Babayev

Yanvarın 21-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı və birinciliyinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.