Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Respublika Olimpiya Mərkəzində atletika üzrə 38-ci Azərbaycan çempionatının açılış mərasimi keçirilib

ID:

03.02.2022 19:30 / İDMAN

Foto : AZƏRTAC / Mehriban Kərimova

Fevralın 3-də Respublika Olimpiya Mərkəzində atletika üzrə 38-ci qış çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, böyüklər arasında keçirilən çempionatda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayırlar.