Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Respublika konfransının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

ID:

01.04.2022 13:40 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Roman İsmayılov

Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun yaradılmasının 50 və akademik Məmməd Salmanovun anadan olmasının 90 illiyinə həsr edilən “Yeni tendensiyalar və innovasiyalar: Azərbaycanda mikrobiologiya elminin inkişaf perspektivləri” mövzusunda respublika konfransının iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.