Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Rəhman Hümmətov: İşğaldan azad olunan ərazilərdə dəmir yolu tikintisi üzrə işlərin 66 faizi həyata keçirilib

ID:

06.03.2023 12:10 / REGİONLAR

Foto : AZƏRTAC / Azər İbrahimov

İşğaldan azad olunan ərazilərdə yol infrastrukturu ilə əlaqədar iri layihələrin həyata keçirilməsi davam edir.

AZƏRTAC xəbər verir ki, Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov dəmir yolları üzrə işlərin 66 faizinin həyata keçirildiyini bildirib.