Ermənistan Dağlıq Qarabağ problemi həll edilmədən yenidən Azərbaycan torpaqlarına hücumlara başlayıb. Lakin bu dəfə Ermənistan ordusu çox ağır cavab aldı.
×
Ermənistan Dağlıq Qarabağ problemi həll edilmədən yenidən Azərbaycan torpaqlarına hücumlara başlayıb. Lakin bu dəfə Ermənistan ordusu çox ağır cavab aldı. Qardaş Azərbaycan Qarabağı işğaldan azad etmək üçün genişmiqyaslı əməliyyata başladı. İndiyədək uğurla irəliləyən Azərbaycan Ordusu bir çox əraziləri işğaldan azad edib.
Bu fikirləri Konya vilayətində inşa olunan şəhər xəstəxanasının açılışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qarabağ işğaldan azad edilənədək bu mübarizənin davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”.
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul