Ölkəmiz ənənəvi vaksinasiya üçün “soyuq zəncirləmə”yə tam hazırdır.
AZƏRTAC-ın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
×
Ölkəmiz ənənəvi vaksinasiya üçün “soyuq zəncirləmə”yə tam hazırdır.
AZƏRTAC-ın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, qlobal GAVI alyansı müqavilə şərtlərinə görə hansı vaksini təklif edəcəksə, “soyuq zəncir” potensial və infrastrukturu ona uyğunlaşdırmalıdır. Bu istiqamətdə də bütün qurumlar Operativ Qərargah çərçivəsində koordinasiyalı çalışır və qısa müddətdə bunlar başa çatdırılacaq. Səyyar vaksinasiya üçün lazım olan xüsusi buz çantaları və digər infrastruktur tam təmin ediləcək. Ən önəmli məsələlərdən biri xüsusi protokola uyğun təlimlərin olmasıdır. Vaksinlərin kimlər tərəfindən vurulacaq və qısa müddətdə prosesin necə aparılacağı vacibdir: “Bildiyimiz kimi COVAX təsisatı çərçivəsində ölkəmiz əhalinin sayının 10 faizi qədər vaksin alacaq. Növbəti dövrdə əhalinin müəyyən sayı çərçivəsində də vaksinlər alınacaq. Qısa müddətdə bir, iki, hətta üç milyon insanı vaksinasiya etsək, o qədər də çox kütləvi immunitetə nail olacağıq. Qısa müddətdə vaksinasiya üçün bütün qurumlarımız səfərbər olmalıdır.
Koronavirusla mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi mübarizə aparan ölkələr siyahısına daxil etmişdi. Ölkəmiz vaksinasiyanı da ən erkən tətbiq edən ölkələrdən biri olacaq. Burada ən təhlükəsiz və effektiv vaksinasiyanın tətbiqi xüsusi diqqətdə saxlanılır. İnanırıq ki, 44 günlük Vətən müharibəsindən zəfərlə çıxdığımız kimi koronavirusla mübarizədən də bu cür qələbə ilə çıxacağıq və əhalinin sağlamlığını qoruya biləcəyik”.