Vaksinlər icad olunana qədər dünyamız indikindən çox təhlükəli idi. Tarixboyu ağır fəsadlar törədən, milyonlarla insanın ölümünə səbəb olan xəstəliklərdən vaksinlər sayəsində qurtula bilmişik.
×
Vaksinlər icad olunana qədər dünyamız indikindən çox təhlükəli idi. Tarixboyu ağır fəsadlar törədən, milyonlarla insanın ölümünə səbəb olan xəstəliklərdən vaksinlər sayəsində qurtula bilmişik. Qara ölüm hesab olunan taun, vəba, qrip, ispan qripi, Honq-Konq qripi, donuz qripi, yatalaq, təbii çiçək, qızılca, vərəm, sarı qızdırma kimi və epidemiyalara vaksinlər sayəsində son qoyulub.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı həmçinin bildirib: “Təəssüf ki, bu il biz törədicisini SARS-CoV-2 virusu adlandırdığımız yeni növ koronavirus (COVID-19) xəstəliyinin pandemiyası ilə rastlaşmışıq. Pandemiyanın qarşısını almaq üçün müalicə, sərt karantin və vaksinasiya üsulları mövcuddur. Birinci yol törədiciyə qarşı konkret müalicə üsulunun müəyyən olunmasıdır və virus əleyhinə dərman maddələri ilə aparıla bilər. Hazırda bu virus əleyhinə müalicə mövcud deyil. Dərman maddələrinin tapılması daha uzunmüddətli tədqiqatlar tələb edir və yaxın gələcəkdə reallaşdırılması mümkün deyil. Sərt karantin metodu çox bahalı və sosial-psixoloji təsirləri neqativ olan seçimdir. Ona görə də ən doğru seçim vaksinasiyadır. COVID-19 xəstəliyi məlum olandan dünya alimləri vaksinasiya üzərində çalışmağa başlayıblar. Tədqiqatlar üç mərhələdən ibarət olub. Onun ən sonuncu mərhələsi – klinik faza bitdikdən sonra həmin vaksinlərin tətbiqi mümkündür”.