Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin ilk konqresini 2020-ci ilin aprelində keçirməyi nəzərdə tutmuşduq. Təəssüf ki, dünyada yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onu iki il müddətinə təxirə saldıq.
×
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin ilk konqresini 2020-ci ilin aprelində keçirməyi nəzərdə tutmuşduq. Təəssüf ki, dünyada yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onu iki il müddətinə təxirə saldıq. Bugünkü konqresi qurultay da adlandlırmaq olar.
AZƏRTAC xəbər verir ki, bunu cəmiyyətinin İdarə Heyətinin üzvü, Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş-Burun Cərrahiyyəsi Cəmiyyətinin baş Ramin Haşımlı deyib.
Müsahibimiz deyib: “Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti əsasən türkdilli dövlətlərin daxil olduğu Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş-Burun Cərrahiyyəsi Cəmiyyəti ilə birlikdə ortaq konqres keçirməyi qərara aldı. Konqresdə 10 ölkədən, o cümlədən bütün türk dövlətlərindən nümayəndələr iştirak edir. Əsas məqsəd həkimlər arasında tibbin bu sahəsində olan yeni bilik, elmi informasiyaların öyrənilməsi və yayılmasından, onların arasında yeni əlaqələrin yaranmasından ibarətdir. Təkcə Türkiyədən 13 nəfər ən yüksək səviyyəli alim konqresin iştirakçıları arasındadır. Bundan başqa, ABŞ, Almaniya, İtaliya və İrandan gələn çox məşhur alimlər var. Ölkəmizə təşrif gətirənlər arasında yaşı 80-dən yuxarı olan çox təcrübəli alimlər çox böyük maraqla öz təcrübələrini gənc həkimlərlə bölüşdülər. İlk konqres olsa, bu tədbir təcrübə mübadiləsi baxımından çox faydalı oldu.
Belə qərara gəlmişik ki, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin konqreslərini iki ildən bir keçirək. Türkdilli ölkələrin Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş-Burun Cərrahiyyəsi Cəmiyyətinin yığıncağını isə ən azı iki ildən bir müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulub